Lixtenşteyn mətbuatı Azərbaycanla oyundan sonra minimal məğlubiyyəti uğur kimi qiymətləndirir

Lixtenşteyn mətbuatı Azərbaycanla oyundan sonra minimal məğlubiyyəti uğur kimi qiymətləndirir

Azərbaycan millisi Millətlər Liqasının D liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edərək qrup qalibi olub. Azərbaycan futbol ictimaiyyətinin əksər nümayəndələri komandanın minimalhesablı qələbəsindən narazı qalsa da, Lixtenşteyn mətbuatı bu nəticəni uğur kimi təqdim edir.

Lixtenşteynin media orqanları qapıçı Benyamin Büxelin oyununu yüksək qiymətləndirib. “Landespiegel.li” saytı qeyd edir ki, qapıçı çoxsaylı zərbələri dəf etsə də, 26-cı dəqiqədə Mahir Emrelinin vurduğu qola mane ola bilməyib.

Lixtenşteynin baş məşqçisi Konrad Fünfştük komandasının inkişaf etdiyini bildirib. O, Azərbaycanla matçdakı heç-heçəni və minimal məğlubiyyəti uğur saydıqlarını, rəqibin qrup mərhələsini məğlubiyyətsiz başa vurduğunu vurğulayıb.

Fünfştük komandasının ikinci hissədə yaxşı oyun nümayiş etdirdiyini qeyd edib. Mütəxəssis həmçinin Lixtenşteyn millisinin psixoloji və fiziki hazırlıq baxımından Azərbaycanla müqayisədə üstün olduğunu iddia edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6