Azərbaycan millisi UEFA Millətlər Liqasında qrup qalibi olaraq AFFA-ya 3 milyon manat qazandırıb

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan millisi UEFA Millətlər Liqasında qrup qalibi olaraq tarixində ilk dəfə AFFA-ya pul mükafatı qazandırıb.

Komanda Lixtenşteynlə oyunda qələbə qazanaraq (1:0) qrup liderliyini təmin edib və UEFA-nın müəyyən etdiyi mükafata sahib çıxıb.

D Liqasında iştirak üçün 750 min avro, qrup qalibliyinə görə isə əlavə 750 min avro olmaqla, ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) vəsait əldə olunub.

UEFA tərəfindən ödənilən bu vəsait futbolçulara deyil, birbaşa milli assosiasiyaya köçürülür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6