Andorra və Azərbaycan milli komandaları yoldaşlıq oyununda qarşılaşacaq

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan milli komandası bu gün səfərdə Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Enkam şəhərindəki “Estadi de la FAF” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xose Luis Munuera, köməkçiləri isə Diyeqo Barbero və Dieqo Sançez olacaq. Dördüncü hakim funksiyasını Pedru Qonsalveş yerinə yetirəcək.

Qarşılaşmanı “CBC Sport” kanalı vasitəsilə canlı izləmək mümkün olacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6