Emin Mahmudov Azərbaycan milli komandasındakı karyerasını başa vurur

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov yığma komandadakı karyerasını bitirmək qərarına gəlib. 34 yaşlı yarımmüdafiəçi bu qərarını sosial şəbəkə hesabında paylaşaraq, milli formanı geyindiyi ilk günü və komandanın kapitanı olduğu illəri qürurla xatırladığını bildirib.

Mahmudov komanda yoldaşlarına, məşqçilərinə və azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib. Futbolçu üçün yığmadakı son matç noyabrın 16-da Andorra ilə keçiriləcək yoxlama oyunu olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6