“Yüksekovaspor”un iki futbolçusu Azərbaycan millisinə dəvət alıb

Türkiyə Super Liqasında mübarizə aparan “Yüksekovaspor” klubunun 6 futbolçusu müxtəlif ölkələrin milli komandalarına çağırılıb.

Dəvət alanlar arasında Azərbaycan millisinin üzvləri Aytac Şərifova və Sevinc Cəfərzadə də var.

Futbolçuların Azərbaycan millisinin qarşıdakı təlim-məşq toplanışında iştirak edəcəyi bildirilir.

Klubun digər 4 üzvü isə Qana, Əlcəzair və Burkina Faso yığmalarına dəvət olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6