Ayxan Abbasov millinin heyətində yeni adların olacağını təsdiqləyib

Millidə yeni adlar olacaq – Ayxan Abbasov açıqladı

Azərbaycan millisi noyabrın 13-də Lixtenşteynlə Millətlər Liqası, 16-da isə Andorra ilə yoldaşlıq oyununa çıxacaq. Baş məşqçi Ayxan Abbasov heyəti noyabrın 6-7-si tarixlərində açıqlayacağını bildirib.

Baş məşqçi yığmanın heyətində yeni futbolçuların yer alacağını təsdiqləyib. O, bu istiqamətdə işlərin davam etdiyini və tam siyahı açıqlananda yeni adların məlum olacağını qeyd edib.

Ayxan Abbasov qarşıdakı oyunlarda hədəfin yalnız qələbə olduğunu və tsiklı yaxşı nəticə ilə başa vurmaq istədiklərini vurğulayıb. Hazırda Azərbaycan millisi 5 xalla Millətlər Liqasında qrup lideridir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6