Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu qeydə alınıb

Arxiv fotosu; Sudi Abdallaha milli təklif
Araz-Naxçıvan PFK · Arxiv fotosu

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının I dövrəsində keçirdiyi 11 matçda qələbə qazana bilməyib. Komanda bu görüşlərdə 4 heç-heçə edib və 7 dəfə məğlub olub.

Son 4 mövsümdə ilk dəfədir ki, iştirakçılardan biri çempionatın startında ardıcıl 11 görüşdə qələbə qazanmır. Oxşar vəziyyət sonuncu dəfə 2022/23 mövsümündə yaşanıb.

2022/23 mövsümündə “Sumqayıt” və “Şamaxı” komandaları ilk 11 turda qələbə qazana bilməmişdi. Həmin vaxt hər iki komanda 11 matçda 4 xal toplamışdı.

Hazırda 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Araz-Naxçıvan” ikinci dövrənin ilk oyununda lider “Neftçi”ni qəbul edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6