İtaliya mətbuatı Lorenzo Mezzoteronun Azərbaycan millisinə dəvətini müzakirə edir

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero zədələndiyi üçün Azərbaycan millisinin heyətindən çıxarılıb. AFFA-nın məlumatına görə, futbolçu “Karareze” ilə matçda aldığı zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək və onu Ağadadaş Salyanski əvəzləyəcək.

İtaliya mətbuatı futbolçunun debütünün təxirə düşməsini onun gələcək milli komanda seçimi baxımından qiymətləndirib. “TuttoMercatoWeb” nəşri bu vəziyyəti “İtaliya hələ ümid edə bilər” ifadəsi ilə şərh edib.

Daha əvvəl “Chiamarsi Bomber” portalı Azərbaycanın 18 yaşlı futbolçunu əsas milliyə dəvət etməsini İtaliya üçün itirmək riski kimi dəyərləndirib. Jurnalist Culio Piras Azərbaycanın bu məsələdə operativ davrandığını və oyunçuya beynəlxalq karyerasında irəliləmək imkanı yaratdığını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6