Eşqin Əhmədov Andorra ilə oyunda debüt qolunu şərh edib

Eşqin Əhmədov Andorra ilə oyunda debüt qolunu şərh edib

Azərbaycan yığmasının futbolçusu Eşqin Əhmədov Andorra ilə yoldaşlıq görüşündə (3:1) debüt edərək qol vurub. Futbolçu qələbəni və ilk oyununda fərqlənməsini yüksək qiymətləndirib.

Əhmədov milli komandaya dəvət almasının və qol vurmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, gələcəkdə də milliyə dəvət almaq və klub səviyyəsində məhsuldar çıxış etmək üçün çalışmağa davam edəcəyini qeyd edib.

Futbolçu milli komandada tətbiq olunan beşli müdafiə sisteminin onun üçün narahatlıq yaratmadığını vurğulayıb. O, karyerası ərzində bu sistemdə tez-tez oynadığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6