Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup birincisi olub

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup mərhələsini birinci sırada başa vuraraq C Liqasına yüksəlib. Litva və Lixtenşteynlə eyni qrupda mübarizə aparan milli komanda 5 matçda 8 xal toplayıb.

Tarixində ilk dəfə bu tsiklda birinci olan komanda 5 görüşdə 2 qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Milli bu matçlarda 3 qol vurub, 1 qol buraxıb.

Statistik göstəricilərə görə, yığmanın topla oynama faizi 56.75, ötürmə dəqiqliyi isə 81.5 təşkil edib. Futbolçular 2048 ötürmədən 1706-sını dəqiq yerinə yetirib və 5 matçda ümumilikdə 217.97 km məsafə qət ediblər.

Komanda 76 zərbə vurub, 19 künc zərbəsi yerinə yetirib və 4 ofsayd vəziyyətinə düşüb. Müdafiədə 66 ikili mübarizədən qalib ayrılan milli 199 dəfə top qazanıb, 43 dəfə qayda pozub və 44 dəfə qayda pozuntusuna məruz qalıb.

Oyunçular 5 görüşdə 11 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6