Emil Balayev Lixtenşteyn üzərində qələbəni şərh edib

Emil Balayev Lixtenşteyn üzərində qələbəni şərh edib

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev UEFA Millətlər Liqasının D divizonunun 5-ci turunda Lixtenşteyn üzərində qazanılan 0:1 hesablı qələbəni dəyərləndirib. O, komanda yoldaşlarına təşəkkür edərək, meydana yüksək konsentrasiya ilə çıxdıqlarını və əsas hədəfin üç xal olduğunu bildirib.

Balayev minimalhesablı qələbəyə baxmayaraq, daha çox qol vurmaq istədiklərini qeyd edib. Qapıçı Vadutsdakı bu nəticə ilə qrupdakı vəziyyəti tam həll etdiklərini vurğulayıb.

Milli komandanın üzvü Lixtenşteynlə Bakıdakı oyundan sonra Litva ilə matça qədər olan üç günün çətin keçdiyini bildirib. Balayev həmin dövrdə mediada və cəmiyyətdə olan basqını başa düşdüklərini, lakin komandanın toparlanaraq Litvanı məğlub etməyi bacardığını deyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6