Yuri Maksimov “Araz-Naxçıvan”da islahat aparmağı təklif edib

Arxiv fotosu; Yuri Maksimov
Araz-Naxçıvan PFK · Arxiv fotosu

İki ay əvvəl “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunan Yuri Maksimov komandanın qələbə qazana bilməməsinin səbəblərini klub rəhbərliyi ilə müzakirə edib. Ukraynalı mütəxəssis yayda aparılan seleksiya işlərinin düzgün olmadığını bildirib.

Baş məşqçi hazırkı heyətdəki 11 legionerdən 3-4 nəfərin komandanın tələblərinə cavab vermədiyini qeyd edib. O, komandanı təhvil alarkən taktiki, fiziki problemlərin və futbolçularda özgüvən çatışmazlığının olduğunu aşkarladığını vurğulayıb.

Maksimov vəziyyətdən çıxış yolunu islahatlarda görür. O, gözləntiləri doğrultmayan əcnəbi futbolçuların göndərilməsini və əvəzində 2 yeni transferin edilməsini vacib hesab edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın ilk dövrəsini 4 heç-heçə və 7 məğlubiyyətlə turnir cədvəlinin sonuncu pilləsində başa vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6