Azərbaycan millisi AVRO-2028-in seçmə mərhələsində beş komandalı qrupda mübarizə aparacaq

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan millisi 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində beş komandadan ibarət qrupda yer alacaq. Dekabrın 6-da Belfastda keçiriləcək püşkatma zamanı yığma beşinci səbətdən mübarizəyə qoşulacaq.

UEFA-nın reqlamentinə əsasən, seçmə mərhələdə 54 ölkə 12 qrupa bölünəcək. Beşinci səbətdə yer alan altı kollektiv, o cümlədən Azərbaycan, yalnız beş komandadan ibarət qruplara daxil ediləcək.

Bu bölgü nəticəsində Azərbaycan seçmə mərhələdə ümumilikdə səkkiz oyun keçirəcək. Millətlər Liqasında qalan görüşlərin nəticələri yığmanın səbət bölgüsünə təsir etməyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6