Andrey Demçenko yenidən “Jenis” klubuna baş məşqçi təyin olunub

Andrey Demçenko yenidən “Jenis” klubuna baş məşqçi təyin olunub

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenko Qazaxıstanın “Jenis” klubuna rəhbərlik edəcək.

Astana təmsilçisi 50 yaşlı ukraynalı mütəxəssisin 2027-ci il mövsümü ərəfəsində komandaya qayıdışını rəsmən elan edib.

Demçenko 2025-ci ildə də “Jenis”i çalışdırıb və komanda çempionatı altıncı pillədə başa vurub. O, 2026-cı ildə “Araz-Naxçıvan” və Gürcüstanın “İberiya 1999” klublarında işləyib.

Mütəxəssis “İberiya 1999”u Konfrans Liqasının liqa mərhələsinə daşıdıqdan sonra sentyabrın sonunda klubdan ayrılıb.

“Jenis” 2026-cı il Qazaxıstan çempionatını 36 xalla səkkizinci sırada tamamlayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6