“Neftçi” “Kəpəz”i məğlub edib

Arxiv fotosu; İlk oyunumuzun hazırlığı başa çatdı
Neftçi PFK · Arxiv fotosu

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən oyunda “Neftçi” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. “Palms Sports Arena”da baş tutan görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın taleyini həll edən yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub. Bu nəticədən sonra “Neftçi” 24 xalla turnir cədvəlinə başçılıq edir, “Kəpəz” isə 17 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vətən müharibəsindəki Qələbənin 6-cı ildönümü ilə əlaqədar Premyer Liqanın bu turu “Zəfər turu” elan olunub. Noyabrın 8-dək davam edəcək oyunlardan əvvəl Dövlət Himni səsləndirilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6