Yuri Vernidub: “Komandamızda çox gözəl rəqabət var”

Arxiv fotosu; Yuri Vernidub
Neftçi PFK · Arxiv fotosu

“Neftçi” Azərbaycan Premyer Liqasının XI turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Matçdan sonrakı mətbuat konfransında çıxış edən baş məşqçi Yuri Vernidub komandada sağlam rəqabətin olduğunu və futbolçuların göstərdiyi nəticədən məmnunluğunu ifadə edib.

Mütəxəssis ehtiyat oyunçuların hazırlıq səviyyəsini yüksək qiymətləndirib və heyətdəki rəqabətin oyun planlarına müsbət təsir etdiyini vurğulayıb.

Vernidub həmçinin 7 futbolçusunun milli komandalara dəvət almasından şad olduğunu bildirərək, onlara zədəsiz qayıtmaları üçün uğurlar arzulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6