“Kəpəz”in rəsmi fan-şopu fəaliyyətə başlayıb

“Kəpəz” klubunun “1959 Store” adlı rəsmi fan-şopu fəaliyyətə başlayıb. Mağaza azarkeşlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə yaradılıb.

Gəncə şəhər stadionunun mərkəzi girişində yerləşən mağazada uşaqlar və böyüklər üçün xüsusi dizaynlı geyimlər, oyun və retro formalar, şərflər, eləcə də müxtəlif azarkeş aksesuarları satışa çıxarılıb.

Fan-şop hər gün saat 11:00-dan 19:00-dək fəaliyyət göstərəcək. “Kəpəz”in ev oyunları günlərində mağaza matçın sonunadək açıq olacaq, səfər qarşılaşmaları günlərində isə fəaliyyət göstərməyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6