Misli Premyer Liqasında 10-cu turun açılış matçı Tovuzda keçiriləcək

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasında 10-cu tura bu gün start verilir. Turun açılış matçında “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Matçı Kamranbəy Rəhimov idarə edəcək. Ona yan xətt hakimləri Akif Əmirəli və Namiq Hüseynov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək. VAR sistemində Fərid Hacıyev, AVAR qismində isə Müslüm Əliyev çalışacaq. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Elman Musayevdir.

Turun digər oyunları oktyabrın 31-də “Araz-Naxçıvan” – “Zirə” və “Qəbələ” – “Qarabağ”, noyabrın 1-də “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli”, noyabrın 2-də isə “Sumqayıt” – “Şəfa” görüşləri ilə davam edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6