Misli Premyer Liqasının 10-cu turunda “Turan Tovuz” “Sabah”ı məğlub edib

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

Misli Premyer Liqasının 10-cu turu “Turan Tovuz” və “Sabah” komandaları arasında keçirilən matçla başlayıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev oyunun ağır keçdiyini bildirib. O, komandasının çempiona qarşı yaxşı kökləndiyini və oyunun son 10 dəqiqəsini çıxmaq şərtilə nizam-intizamlı çıxış etdiyini qeyd edib. Berdiyev oyunun sonuna yaxın təşəbbüsü əldən versələr də, qələbə qazandıqları üçün şad olduğunu vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6