Azərbaycan Premyer Liqasında X turun açılış matçı Tovuzda keçiriləcək

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilir. Açılış matçında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Turnir cədvəlinə 20 xalla “Sabah” başçılıq edir və komandanın ehtiyatda bir oyunu var. “Turan Tovuz” isə 9 matçdan topladığı 15 xalla 4-cü pillədə qərarlaşıb.

Görüşü Kamranbəy Rəhimov idarə edəcək. Ona yan xətt hakimləri Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək. VAR hakimi Fərid Hacıyev, AVAR isə Müslüm Əliyev təyin olunub. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Elman Musayevdir.

Azərbaycan Premyer Liqasında X tura noyabrın 2-də yekun vurulacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6