“Kəpəz” klubu “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edəcək

“Kəpəz” klubu 20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçiriləcək “REGİONAL EXPO GƏNCƏ 2026” sahibkarların təqdimat sərgisinə qatılacaq.

Klubun tarixində ilk dəfə olaraq sərgidə “Kəpəz”ə aid stend və fan-shop fəaliyyət göstərəcək.

Azarkeşlər sərgidə yeni məhsul və xidmətlərlə tanış ola, həmçinin hədiyyələr qazana bilərlər.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6