Aleksey Kaşuk: “Karyeramın ən uğurlu dönəmi “Sabah”da olub”

Aleksey Kaşuk: “Karyeramın ən uğurlu dönəmi “Sabah”da olub”

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk karyerasının ən uğurlu dövrünü “Sabah”da keçirdiyini bildirib. 2022-2023-cü illərdə bu klubun heyətində çıxış edən vinger həmin vaxt cinahda oynadığını və hər şeyin mükəmməl alındığını qeyd edib.

Kaşuk “Sabah”da çıxış etdiyi dövrdə komandanın “Qarabağ”la mübarizə apardığını və çempionata rəng qatdığını vurğulayıb. Həmin mövsüm ikinci yeri tutan klub ilk dəfə avrokuboklara vəsiqə qazanaraq tarixi nəticəyə imza atıb.

Futbolçu bildirib ki, əldə olunan bu uğurdan sonra komanda üzvlərinin özünəinamı daha da artıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6