“Sabah” – “Barselona” matçını Nikolas Uolş idarə edəcək

UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” oyununun baş hakimi şotlandiyalı Nikolas Uolş olacaq. Görüş noyabrın 25-də saat 21:45-də başlayacaq.

Nikolas Uolş karyerasında ikinci dəfə Bakıya gəlir. O, daha əvvəl 2024/25 mövsümündə Avropa Liqasının “Qarabağ” – “Ayaks” matçını idarə edib.

Həmin görüşdə hakim “Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Julio Romaonu qırmızı vərəqə ilə meydandan qovub. O, həmçinin baş məşqçi Qurban Qurbanova və 4 oyunçuya sarı vərəqə göstərib.

Uolş bu mövsüm Çempionlar Liqasında “Leypsiq” – PSV və “Sportinq” – LASK oyunlarında baş hakim olub. O, bu matçlarda ümumilikdə 10 sarı vərəqə verib və 2 penalti təyin edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6