I Liqada səkkizinci turun son oyunları keçiriləcək

Bu gün I Liqada səkkizinci tura yekun vurulacaq və iki qarşılaşma baş tutacaq.

“Şimal” Şamaxıda “Zaqatala”nı qəbul edəcək, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “Şahdağ” isə Binədə “Gəncəbasar”la qarşılaşacaq.

Qusar təmsilçisi “Şahdağ” rəqibini məğlub edəcəyi təqdirdə turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirə bilər.

Binə qəsəbə stadionunda keçiriləcək “Şahdağ Qusar” – “Gəncəbasar” matçını Kamal Umudlu, Şamaxı OİK stadionundakı “Şimal” – “Zaqatala” oyununu isə İslam Məmmədov idarə edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6