“Qarabağ”ı Gəncədə 3 mindən çox azarkeş dəstəkləyə bilər

Arxiv fotosu; Tahir Gözel
Qarabağ FK · Arxiv fotosu

Misli premyer-liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununa maraq böyükdü və artıq 8400 bilet satılıb.

“Kəpəz”in Media və Marketinq departamentinin direktoru Aqşin Əliyev bildirib ki, əsasnaməyə əsasən qonaq komanda üçün stadion tutumunun 20 faizi ayrılır.

Gəncə şəhər stadionunun 15363 tamaşaçı tutumu nəzərə alınarsa, “Qarabağ” azarkeşləri üçün 3073 yer nəzərdə tutulub.

Aqşin Əliyevin sözlərinə görə, həmin biletlər oyunun başlamasına 48 saat qalmışa qədər rəqib klubun ixtiyarında olacaq, satılmayan hissə isə sonradan meydan sahiblərinin azarkeşlərinə təqdim edilə bilər.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6