Rəhman Hacıyev: “Önəmli olan odur ki, xal itirmədik”

Misli Premyer Liqasının XII turunda “Kəpəz” doğma meydanda “Qarabağ”la qolsuz heç-heçə edib. Matçdan sonra komandanın futbolçusu Rəhman Hacıyev rəqibdən çəkinmədiklərini və bütün komandalara qarşı mübarizə apara biləcək gücdə olduqlarını bildirib.

Hacıyev oyun ərzində qol epizodları yaratdıqlarını, lakin şanssızlıq səbəbindən fürsətlərdən yararlana bilmədiklərini qeyd edib. O, nəticəni xal itkisi kimi deyil, qazanılan xal kimi dəyərləndirib.

Futbolçu Gəncədəki azarkeş dəstəyinin böyük olduğunu vurğulayıb və komandanın növbəti oyunlarda qələbə üçün mübarizə aparacağını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6