Yeqor Xvalko “Kəpəz”dən ayrılmasının səbəblərini açıqlayıb

Belaruslu müdafiəçi Yeqor Xvalko “Kəpəz”də kapitanlıq sarğısını daşıdığı dövrdə komandada qalmaq istədiyini, lakin klubun əvvəlki rəhbərliyindəki bəzi şəxslərin buna mane olduğunu bildirib.

29 yaşlı futbolçu klubda çıxış etdiyi üç mövsüm ərzində ona təklif olunan şərtlərlə razılaşdığını və heç vaxt əlavə maliyyə tələb etmədiyini vurğulayıb.

“Kəpəz” forması ilə 103 oyunda 3 qol vuran Xvalko, klubdan ayrıldıqdan sonra Qazaxıstanda kubok qazandığını və çempionatın bürünc medallarına sahib olduğunu qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6