Viktor Stina Moldova millisinə dəvət olunub

Viktor Stina “Kəpəz”i tərk edir – Moldova yığmasına görə

“Kəpəz”in futbolçusu Viktor Stina Moldova yığmasının heyətinə cəlb edilib. Bu barədə məlumatı Gəncə klubunun mətbuat xidməti yayıb.

28 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqası çərçivəsində Qazaxıstan və Farer adaları ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb. Qazaxıstanla matç noyabrın 13-də, Farer adaları ilə görüş isə üç gün sonra baş tutacaq.

Qeyd edək ki, Moldova millisi hazırda qrupda 4 xalla 3-cü pillədədir. Viktor Stina indiyədək yığmada keçirdiyi 34 oyunda 4 dəfə fərqlənib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6