“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansane Hindistan klubuna keçib

Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi

“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansane karyerasını Hindistanda davam etdirəcək. 29 yaşlı qvineyalı forvard Hindistan Superliqası təmsilçisi “Kerala Blasters” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilə 2027-ci il mayın 31-nə qədər qüvvədə olacaq.

Qvineya millisinin sabiq üzvü 2025-ci ilin yanvarından iyun ayına qədər “Sumqayıt”ın heyətində çıxış edib. Futbolçu 2026-cı ilin yanvarından etibarən isə Ermənistanın “Pünik” klubunda oynayırdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6