“Kəpəz” və “Qarabağ”ın futbolçuları meydana şəhid övladları ilə birgə çıxacaqlar

Oyun başa çatıb. Nəticəyə bax

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununda futbolçular meydana şəhid övladları ilə birgə çıxacaqlar.

“Kəpəz” PFK rəhbərliyinin bu təşəbbüsü Peşəkar Futbol Liqası tərəfindən müsbət cavablandırılıb.

Şəhid övladları meydançaya çıxdıqdan sonra oyunu tribunadan izləyəcəklər.

Tədbir “Kəpəz” PFK və “Gəncə Park City”nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6