Adil Şükürov Gürcüstanda “Dinamo”nun akademiya rəhbəri ilə görüşüb

“Sumqayıt” Futbol Akademiyasının direktoru Adil Şükürov Gürcüstana işgüzar səfər edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, Şükürov Tbilisinin “Dinamo” klubunun akademiya direktoru Vaxo Yaqoraşvili ilə bir araya gəlib.

Tərəflər görüşdə akademiyalar arasında əməkdaşlıq potensialını müzakirə edib və fikir mübadiləsi aparıblar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6