PFL Mehdi Hüseynzadə adına stadionda baxış keçirib

PFL Mehdi Hüseynzadə adına stadionda baxış keçirib

Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünü yoxlayıblar. PFL-in texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, şənbə günü keçirilən baxış zamanı meydançanın vəziyyəti yaxşı qiymətləndirilib.

Elgiz Abbasovun sözlərinə görə, hazırda matçın keçirilməsi üçün heç bir problem gözlənilmir və meydançanın vəziyyətinin oyuna qədər daha da yaxşılaşdırılması nəzərdə tutulur. “Sumqayıt”ın noyabrın 20-də “Sabah”la ev oyununu bu arenada keçirəcəyi gözlənilir.

Stadionun ot örtüyü avqust ayında isti hava və yüklənmə səbəbindən sıradan çıxmışdı. “Sumqayıt” klubu bu müddət ərzində ev oyunlarını “SOCAR Polymer Arena”da keçirməyə məcbur olmuşdu.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6