“Turan Tovuz” akademiyasında 400-ə yaxın uşaq futbolla məşğul olur

“Turan Tovuz” akademiyasında 400-ə yaxın uşaq futbolla məşğul olur

“Turan Tovuz” futbol akademiyasının U-14 komandasının köməkçi məşqçisi Emin Sadıqov bildirib ki, akademiyada 9-19 yaş arası təxminən 350-400 uşaq fəaliyyət göstərir. Rəhbərliyin dəstəyi ilə yaradılan şərait sayəsində digər bölgələrdən, o cümlədən İsmayıllı, Zaqatala, Qax və Şəkidən gələn uşaqlar burada qalaraq məşqlərini davam etdirə bilirlər.

Akademiyadan yetişən futbolçular U-15, U-17 və U-19 milli komandalarının seçimlərinə cəlb olunurlar. Məşqçinin sözlərinə görə, istedadlı uşaqlar əsasən seleksiya prosesləri və izləmələr nəticəsində akademiyaya cəlb edilirlər.

Valideynlərin futbola münasibətini müsbət qiymətləndirən Emin Sadıqov, uşaqların inkişafı üçün təkcə məşqlərin deyil, həm də düzgün rejim və qidalanmanın vacibliyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6