“Kəpəz”də AFFA-nın məşqçilik kursları keçirilir

“Kəpəz” Təlim-Məşq Mərkəzində AFFA-nın “C” kateqoriyalı məşqçilik kurslarına start verilib. Kurslara “Kəpəz”in əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir.

Təlimatçı qismində Vasif Vəliyev, məsləhətçi qismində isə İlkin Verdiyev və Talıb Rzayev çıxış edir. Tədbirdə AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov da iştirak edib.

Gəncə, Tovuz, Şəmkir və Samuxdan olan 15-dək çalışdırıcının qatıldığı kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Dörd moduldan ibarət təlimlərin sonunda uğurlu iştirakçılar müvafiq kateqoriyaya yiyələnəcəklər.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6