Lukas Blek: “Azərbaycanın harada yerləşdiyini bilmirdim”

Lukas Blek: "Azərbaycanın harada yerləşdiyini bilmirdim"

“Sumqayıt”ın braziliyalı yarımmüdafiəçisi Lukas Blek bu yay komandaya qoşulan əcnəbilər arasında ən çox fərqlənən oyunçulardan biridir.

Blek hələ çox inkişaf etməli olduğunu bildirib. O, Braziliyadan kənarda ilk təcrübəsini yaşadığını və meydança, top, oyunun intensivliyi kimi məqamların fərqli olduğunu qeyd edib.

Futbolçu ən yaxşı oyununu nümayiş etdirmək və “Sumqayıt”a qələbələr qazandırmaq üçün çox çalışdığını vurğulayıb.

Cənubi amerikalı oyunçu Azərbaycana gələnə qədər ölkənin harada yerləşdiyini bilmədiyini etiraf edib. O, ölkə haqqında eşitdiyini, lakin burada oynamağı heç düşünmədiyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6