“Sabah”ın məşqçisi: Coğrafi məsafələr və rəqib çatışmazlığı inkişafa mane olur

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

UEFA Gənclər Liqasında çıxış edən “Sabah” və “Qarabağ”ın U-19 komandaları müvafiq olaraq “Vikinq” və “Dinamo” Zaqrebə qarşı keçirdikləri oyunlarda böyük hesablı məğlubiyyətlərlə üzləşiblər.

“Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç bildirib ki, avropalı rəqiblər daha təcrübəli və dəqiq sistemə əsaslanan strategiya ilə çıxış edirlər. O, “Vikinq”in gənc futbolçularının Norveçdə böyüklərdən ibarət komandalara qarşı mübarizə apararaq inkişaf etdiklərini qeyd edib.

Xorvat mütəxəssis Azərbaycan futbolunda inkişafın qarşısındakı əsas maneələrdən biri kimi coğrafi məsafələri və xarici rəqiblərlə müntəzəm qarşılaşa bilməməyi göstərib. Onun sözlərinə görə, ölkədə komanda sayının məhdud olması və daim eyni rəqiblərlə oynamaq səviyyəni qiymətləndirməyi çətinləşdirir.

Mustedanaqiç vurğulayıb ki, beynəlxalq oyunlar problemləri görmək üçün faydalıdır, lakin çatışmazlıqları aradan qaldırmaq üçün bu səviyyəli qarşılaşmaların sayının artırılması vacibdir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6