“Şirvan” - “Marafon” matçı təxirə salınıb

Azərbaycan İkinci Liqasının 10-cu turu çərçivəsində keçirilməli olan “Şirvan” - “Marafon” oyunu baş tutmayıb. Buna səbəb güclü yağış nəticəsində Şirvan Olimpiya İdman Kompleksinin meydançasının yararsız hala düşməsi və örtüyün gölməçələrlə dolması olub.

Oyunöncəsi keçirilən iclasda matçın ertələnməsi barədə qərar qəbul edilib. Qarşılaşmanın sabaha təxirə salınıb-salınmayacağı və ya Şamaxıda keçirilib-keçirilməyəcəyi məsələsi PFL tərəfindən nəzərdən keçirilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6