Şamaxıda “Turan Tovuz”la qarşılaşma keçiriləcək

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının XII turunda “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Komandalar indiyədək 12 dəfə qarşılaşıb. Bu oyunların 5-də “Turan Tovuz”, 2-də “Şamaxı” qələbə qazanıb, 5 görüş isə heç-heçə bitib. “Şamaxı” rəqibi ilə son üç matçda məğlub olmayıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda bu mövsüm “Qarabağ” və “Sabah”ı məğlub edən yeganə kollektivdir və matçın favoriti hesab olunur.

Azər Bağırovun rəhbərlik etdiyi “Şamaxı” ötən tur “Sabah”dan xal alıb. Baş məşqçinin bu görüş üçün xüsusi planının olması ehtimal edilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6