Misli Premyer Liqasının X turunda “Şamaxı” və “Neftçi” qarşılaşır

Arxiv fotosu; Yoxlama oyunu keçirəcəyik
Neftçi PFK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının X turu çərçivəsində “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edir. Görüş Şamaxı şəhər stadionunda keçirilir.

Turnir cədvəlində “Neftçi” 18 xalla 3-cü, “Şamaxı” isə 13 xalla 9-cu pillədə qərarlaşıb. “Neftçi” bu oyunda qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələ bilər.

Matçı Tural Qurbanov idarə edir. Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli köməklik göstərir. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirir. VAR sistemində Kamal Umudlu, AVAR-da isə Vüsal Məmmədov çalışır. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Kifayət Mustafayevadır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6