Denis Marandiç Moldova millisinə dəvət alıb

Kontekst fotosu: futbol stadionu. Məqalədə adı çəkilən şəxsin və ya onun klubunun fotosu olduğu iddia edilmir.
PFL · Kontekst fotosu

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinin heyətinə çağırılıb. 30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan və Farer adaları ilə keçiriləcək oyunlarda iştirak edə bilər.

Moldova yığması noyabrın 13-də Qazaxıstanı qəbul edəcək, noyabrın 16-da isə səfərdə Farer adaları ilə qarşılaşacaq.

2023-cü ildən “Turan Tovuz”da çıxış edən Marandiç, 2020-ci ildən Moldova millisinə dəvət alır. O, indiyədək yığma forması ilə 14 matçda meydana çıxıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6