Qurban Qurbanovun karyerasında 900-cü oyun

Arxiv fotosu; Qurban Qurbanov
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasının XII turunda keçirilən “Kəpəz”lə qarşılaşma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Bu matç mütəxəssisin baş məşqçi karyerasında 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi qeydə alınıb.

Qurbanov karyerası ərzində “Qarabağ”dan başqa “Neftçi”də 38, Azərbaycan millisində isə 12 matçda komandaya rəhbərlik edib.

Məşqçinin 900 oyunluq karyerasında komandaları 520 qələbə, 208 heç-heçə və 172 məğlubiyyət əldə edib.

“Qarabağ”da keçirilən 850 qarşılaşmada isə 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

Qurbanovun 2006-cı ildə “Neftçi”də, 2008-ci ildə isə “Qarabağ”da debütü Premyer Liqada baş tutub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6