UEFA Gənclər Liqası: “Sabah” və “Qarabağ”dan böyükhesablı məğlubiyyət

Kontekst fotosu: daxili Gənclər Liqasından Neftçi–Sabah arxiv görüntüsü; UEFA oyunlarının fotosu deyil.
Neftçi PFK · Kontekst fotosu

UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda “Sabah”ın U-19 komandası Norveçdə “Vikinq”in qonağı olub. “Sandnes Ulf Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Norveç təmsilçisinin qollarını 3-cü dəqiqədə N.Middelton, 6-cı dəqiqədə Frimponq, 32 və 40-cı dəqiqələrdə (penalti) Kvelvane, 48-ci dəqiqədə isə S.Haqen vurub.

UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”ın U-19 komandası Xorvatiyada “Dinamo” Zaqrebə 0:7 hesabı ilə məğlub olub. “İvan Lalyak-İviç” stadionunda keçirilən oyunda qolları 24-cü dəqiqədə Benkotiç, 34-cü dəqiqədə Trupçeviç, 38 və 45+4-cü dəqiqələrdə Bozkov, 45+1-ci dəqiqədə Ban, 76-cı dəqiqədə Radiç vurub, 54-cü dəqiqədə isə R.Teymurov öz qapısına qol buraxıb. Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv ilk oyunda rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6