Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulur. Günün proqramına əsasən, iki qarşılaşma baş tutacaq.

Saat 14:00-da Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gələcək. Matçı Mahmud Bağırzadə idarə edəcək.

Eyni vaxtda Binə qəsəbə stadionunda “Zəngəzur” və “Karvan” komandaları qarşılaşacaq. Görüşün baş hakimi Ceyhun Hüseynovdur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6