Azərbaycan və Andorra oyununu ispaniyalı hakim idarə edəcək

Arxiv fotosu; Elvin Cəfərquliyev
Qarabağ FK · Arxiv fotosu

Azərbaycan yığması bu gün Andorra ilə yoldaşlıq oyununda qarşılaşacaq. Matçın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.

Xose Luis Munuera 2022-ci ildə Çempionlar Liqası çərçivəsində “Lex” və “Qarabağ” arasında keçirilən oyunu idarə edib. Həmin görüşdə “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.

2019-cu ildən FIFA referisi olan hakim sentyabr ayında İrəvanda keçirilən Ermənistan – Monteneqro oyununda da fit çalıb. Həmin matç Monteneqronun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Munuera 2025/26 mövsümündə “Barselona” və “Real” komandaları arasındakı İspaniya Superkubokunun finalını idarə edib. O, həmçinin “Osasuna” – “Jirona” və “Atletik” – “Malyorka” finallarında da baş hakim olub.

43 yaşlı hakim bu mövsüm idarə etdiyi 11 oyunda 35 sarı və 2 qırmızı vərəqə göstərib. O, cari mövsümdə La Liqada 5, İspaniya Kubokunda isə 2 dəfə penalti təyin edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6