“Sumqayıt” ev oyunlarını yenidən “Mehdi Hüseynzadə” stadionunda keçirəcək

“Sumqayıt” ev oyunlarını yenidən “Mehdi Hüseynzadə” stadionunda keçirəcək

Avqust ayında isti hava və ot örtüyünün həddən artıq yüklənməsi səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun meydançası sıradan çıxmışdı. Bu səbəbdən “Sumqayıt” yeni mövsümün ev oyunlarını “SOCAR Polymer Arena”da keçirməyə məcbur olmuşdu.

“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev komandanın noyabrın 20-nə nəzərdə tutulan növbəti görüşünü Mehdi Hüseynzadə adına stadionda keçirəcəyini təsdiqləyib.

Premyer-liqanın 12-ci turunda “Sabah”la keçiriləcək qarşılaşmanın məkanı PFL-in rəsmi saytında “Mehdi Hüseynzadə” stadionu kimi göstərilib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6