“Şəfa” klubu stadionun adını dəyişdirmək üçün müraciət edib

“Şəfa” klubu “Baku Arena”nın adının “Şəfa Arena” olaraq dəyişdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib. Klub rəhbərliyi dövlət qurumundan müsbət cavab alacağı təqdirdə, stadionun adının dekabr ayından etibarən dəyişdirilməsini planlaşdırır.

Dövlət qurumunun klubun müraciətinə 21 rəsmi iş günü ərzində cavab verməsi gözlənilir. 8125 tamaşaçı tutumu olan stadion Gənclər və İdman Nazirliyindən 10 il müddətinə icarəyə götürülüb.

Stadionun tarixi ərzində müxtəlif adlar daşıdığı və mülkiyyətində dəyişikliklər olduğu bildirilir. 2024-cü ilin sonunda Azərbaycan Sənaye Korporasiyasının ləğvi ilə əlaqədar arena Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə keçib, daha sonra isə Gənclər və İdman Nazirliyinin balansına verilib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6