“Kəpəz” xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib

“Kəpəz” Peşəkar Futbol Klubu “Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələrini Məşq Mərkəzi və Futbol Akademiyasında qonaq edib.

Görüşdə iştirak edən baş məşqçi Azər Məmmədov uşaqları dəstəklədiklərini bildirib və onları klubun ev oyunlarına dəvət edib.

“Məktəbim UAFA Gəncə” təşkilatının rəhbəri Rəzalə Abbasova belə tədbirlərin uşaqların cəmiyyətə inteqrasiyasında müsbət rol oynadığını qeyd edib.

Qonaqlar Məşq Mərkəzi və Gəncə şəhər stadionu ilə tanış olub, futbolçular və məşqçilərlə xatirə şəkilləri çəkdiriblər.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6