“Kəpəz”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

"Kəpəz"in kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

8 Noyabr - Zəfər Günü münasibətilə “Kəpəz” klubunun rəhbərliyi, məşqçi və futbolçu heyəti Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub və şəhidlərin məzarları üzərinə tər güllər düzülüb.

Kollektiv üzvləri, həmçinin fan-klubun üzvləri Anar Məmmədov, Əmrah Rajapov və keçmiş futbolçu İlqar Bürcəliyevin məzarlarını ziyarət edərək dualar oxuyublar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6