Keffel Resende: “Vacib olan səhvlərdən dərs çıxarmaqdır”

Keffel Resende: “Vacib olan səhvlərdən dərs çıxarmaqdır”

Misli Premyer Liqasında 11 turdan sonra 10 xalla 9-cu sırada qərarlaşan “Sumqayıt”ın futbolçusu Keffel Resende mövsümün gedişatını dəyərləndirib. O, komandanın heyət potensialına inandığını və işləməyə davam etməyin vacibliyini bildirib.

Keffel mövsümə uğursuz start vermələrini yeni oyunçuların uyğunlaşma prosesi ilə əlaqələndirib. Futbolçu hazırkı fasilənin komandanın fiziki bərpası və detalların düzəldilməsi üçün faydalı olduğunu qeyd edib.

Öz performansı barədə danışan Keffel statistik göstəricilərindən razı olduğunu, lakin əsas hədəfinin komandanın nəticələri olduğunu vurğulayıb. O, mövcud heyətin potensialına güvəndiyini və mövsümün sonunda yaxşı nəticələr əldə edəcəklərinə inandığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6