“Kəpəz”in məşqində 6 futbolçu iştirak etməyib

“Kəpəz”in məşqində 6 futbolçu iştirak etməyib

Misli Premyer Liqasının 11-ci turundan sonra istirahətə buraxılan “Kəpəz” futbolçuları baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında məşqlərə başlayıb, lakin heyətdə 6 çatışmazlıq qeydə alınıb.

Namik Ələskərov əsas millinin, Viktor Stina Moldova yığmasının, Şahnur İsmayılov isə U-20 millisinin düşərgəsində olduğu üçün məşqə qatılmayıb.

Zədələrini tam sağaltmayan David Domgjoni və Azuma Abubakar, həmçinin dizində ağrılar olan Adama Fofana da məşq prosesində iştirak etməyib.

Məşqləri intensivləşdirəcək “Kəpəz” noyabrın 14-də “Gəncəbasar” komandası ilə yoxlama görüşü keçirəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6